Kriminal

Bakıda şirkətə basqın edən ''Totu'' ləqəbli idmançı hansı generalın adamıdır? - FOTO

11-06-2016, 19:43
Bakıda şirkətə basqın edən ''Totu'' ləqəbli idmançı hansı generalın adamıdır? - FOTO

Bakıda tikinti şirkətinə edilmiş basqınla bağlı maraqlı təfərrüatlar üzə çıxır. Həmin şirkətə basqın edən şəxsin MTN generalı Akif Çovdarovun adamı olduğu deyilir.

Dünən saat 15 radələrində Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən "Eurostroy-S" MMC-nin ofisinə gələn Rəfael Qarayev və onun tanışı olan Füzuli adlı şəxs bir qrup idmançı ilə tikintisi davam edən binanın ofisinə soxulublar. Tikintiyə nəzarət edən Bəxtiyar Təhməzov və İlqar adlı şəxsi döyərək xəstəxanalıq ediblər.

Şirkətdən Criminal.az-a bildiridli ki, hadisə baş verən bina Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri üçün tikilib. Həmin tikinti şirkətinin qeyri-rəsmi rəhbəri Seymur İsayevdir. Həmin Seymur İsayev isə bir neçə gündür mətbuatda adı müğənni Şəbnəm Tovuzlunun sevgilisi kimi təqdim edilən Famil Xəlilovun şərikidir.

Bəxtiyar Təhməzov

Davanı salan Rəfael Qarayev isə bir vaxtlar S.İsayevin mühafizəçisi işləyib. A.Çovdarova qohumluğu olan R.Qarayev sonradan S.İsayevin biznesinə iddialı olduğundan uzaqlaşdırılıb.

Bildirilir ki, ''Totu'' ləqəbi ilə məhşur olan Rəfael Qarayev Çovdarovun adından istifadə edərək şantajla məşğul olurmuş. R.Qarayevin kriminal aləmə yaxın olduğu və reket kimi fəaliyyət göstərdiyi deyilir.

Rəfael Qarayev

Dünən də şirkətə gəlməsi reket fəaliyyətinin davamı olub. Yeni tikilmiş binanın 350 kvadrat metrlik qeyri-yaşayış sahəsinin ona verilməsini tələb edib. Tikintiyə nəzarət edən B.Təhməzov ona başa salıb ki, həmin bina akademiklər üçün inşa olunur. Uzun mübahisədən sonra R.Qarayevin idmançı dostları hasardan tikinti ərazisinə keçərək onları möhkəm döyüblər. Çənəsi sınan, kəllə-beyin travması alan B.Təhməzov və tanışı İlqar hazırda 1 saylı şəhər xəstəxanasında müalicə olunur. 

Criminal.az

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]