Ölkə

Şəbnəm Tovuzlu skandalında Cavid Qurbanov izi – Şok iddialar

28-10-2016, 02:41
"Azərbaycan Dəmir Yolları” QSC rəhbəri Cavid Qurbanovun sələfi, nəqliyyat nazirinin müavini Arif Əsgərov barəsində qara piar kampaniyası apardığı üzə çıxıb.

24saat.org-a verilən məlumata görə, C. Qurbanov A.Əsgərovu korrupsiya və yeyintidə ittiham etməsindən sonra ətrafını "vurur”.
Belə ki, son günlər MTN generalı Akif Çovdarov işində adı hallanmış və keçmiş sevgilisi Famil tərəfindən təzyiqə məruz qalması ilə gündəmə gəlmiş müğənni Şəbnəm Tovuzlunun uşağının atasının kimliyi haqda müxtəlif informasiyalar yayılır
Son xəbərlərdə uşağın atasının Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovniki Eyvaz Əsgərovun olduğu iddia edilir. E.Əsgərov A.Əgərovun qardaşıdır.

Əldə etdiyimiz bilgilərə görə, C. Qurbanovun nazir müavininin "vurulmasında” rolu olduğu bildirilir. Çünki Şəbnəm Tovuzlunun atası haqda xəbərlər baş dəmiryolçuya yaxın informasiya mərkəzlərindən yayılır.

E.Əsgərovun da nazir müavini olan qardaşına görə hədəfə alındığı deyilir. C.Qurbanovun qurumun sabiq rəhbərini korrupsiyada ittiham etməklə yanaşı qardaşının adını belə işə qarışdırmaqla gözdən salmağa çalışdığı bildirilir.

Mənbənin iddialarına görə, QSC rəhbərinə yaxın çevrələrdən bu informasiyalar tirajlanır. Məlumata görə, xəbər mətbuatda dərc olunduqdan sonra Penitensiar Xidmət rəhbərliyi araşdırma aparıb və E.Əsgərovun müğənni ilə yaxınlığı barədə təftişə başlayıb.

Bu səbəbdən rəhbərlik E.Əsgərovun işdən azad edilməsi ilə bağlı qərar qəbul edildiyi iddia olunur. Yaxın günlərdə 10 saylı Cəzaçəkmə Müəssisəsinə yeni təyinatın olacağı gözlənilir.

Çünki onun adı neçə gündür ki mediada hallanır. Müğənninin bir müddət öncə Çovdarovun yaxın dostu Famil Xəlilov adlı iş adamının sifarişiylə saxlanıldığı barədə mətbuatda xəbərlər dolaşırdı.

Şəbnəm Tovuzlu skandalında Cavid Qurbanov izi – Şok iddialar
Bu şəxs uzun müddət Şəbnəm Əsədova ilə vətəndaş nikahında yaşayıb və məhz sənətçini qısqandığından belə bir addım atıb.

Belə ki, Əsədovanın davranışları son zamanlar sevgilisində şübhələr yaratdığından və onun həyatında başqa birinin olduğunu düşündüyündən dostu Çovdarovdan bu cür xahişdə bulunub. Çovdarov isə dostunun sözünü yerə salmayıb.

Daha sonra Çovdarov Şəbnəm Tovuzlunu MTN-ə çağıraraq hədə qorxu gəlib və Familin bağışladığı evi qaytarmağı tələb edib. Şəbnəm Tovuzlu Eyvaz Əsgərovla məhz həmin vaxtlarda münasibət qurub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]