Xəbərlər

BŞTİ və AzTv-nin birgə layihəsi

15-01-2018, 14:27

Paytaxt məktəbliləri arasında növbəti intellektual oyun təşkil edilib. Xeberman.com -a xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 19, 21, 34 və 104 nömrəli tam orta məktəblərin komandaları "Hazırcavablar" intellektual oyununda qarşılaşıb. Məktəblilər "Azərbaycan dili", "Koroğlu", "Coğrafiya", "Canlılar" və "Təsviri incəsənət" bölmələri üzrə sualları cavablandırıb. İntellektual oyunun nəticələrinə əsasən, 19 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

Qeyd edək ki, "Hazırcavablar" intellektual oyunu BŞTİ və AzTv-nin birgə layihəsidir. İntellektual oyun həftədə bir dəfə olmaqla, AzTv-də yayımlanır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]