Xəbərlər

IX siniflər üzrə monitorinq aparılıb

25-12-2017, 15:37

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil məktəblərinin IX sinifləri üzrə monitorinq təşkil edilib.

Baş idarədən Xeberman.com-a verilən məlumata görə, BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi tərəfindən monitorinqin keçirilməsində əsas məqsəd Azərbaycan dili fənni üzrə şagirdlərin oxu və yazı bacarıqlarını yoxlamaqdan ibarətdir.

Dekabrın 22-də təşkil olunmuş monitorinq zamanı məktəblilərə müvafiq bilik və bacarıqlarını nümayiş etdirmək üçün 1,5 saat vaxt verilib. Şagirdlər “Fırtına” mövzusunda ifadə yazıb və mətn əsasında 15 test sualını cavablandırıblar.

Monitorinqin nəticələrinin yaxın günlərdə açıqlanması nəzərdə tutulur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]