Media

Latviya rusiyalı jurnalisti ölkədən qovdu

5-01-2018, 10:40

Latviya hökuməti rusiyalı jurnalist Olqa Kurlayevanı ölkədən qovub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Rossiya 24” telekanalı məlumat yayıb.

Olqa Kurlayeva Latviyanı 24 saat ərzində tərk etməlidir. “Kurlayeva Latviyanın milli təhlükəsizliyinə təhdiddə təqsirləndirilir”, – deyə telekanalda yayımlanan süjetdə qeyd olunub.

Xatırladaq ki, ötən gün jurnalistin həyat yoldaşı, “TV-Sentr” telekanalının müxbri Anatoli Kurlayev Latviyadan deportasiya olunub. Sonradan onu Latviyadan deportasiya ediblər. Jurnalistin sözlərinə görə, saxlanılma zamanı ona 2015-ci ildən etibarən Latviyaya girişinə qadağa qoyulması barədə sənəd göstərilib.

Ölkənin XİN rəhbəri Rixard Kozlovski bildirib ki, Kurlayevin adı həqiqətən də “qara siyahı”ya daxil edilib. Nazir dəqiqləşdirib ki, ölkəyə girişə qadağaya dair qərara üç ildə bir dəfə baxılır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, jurnalistlər absurd ittihamlarla deportasiya olunublar. M. Zaxarova beynəlxalq təşkilatları hadisəyə reaksiya verməyə çağırıb.

Rusiya XİN-dən həmçinin qeyd ediblər ki, Baltikyanı ölkələrdə jurnalistlərin sıxışdırılması “rəsmi Vilnüs, Riqa və Tallinin söz azadlığı və demokratiyası barədə bəyanatlarının praktikada necə yerinə yetirildiyinin bariz nümunəsidir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]