Dünya

Avstriyadan türkiyəli nazirə qadağa

10-07-2017, 11:34

Avstriya hökuməti Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçinin ölkə ərazisinə girişinə qadağa qoyub.

Bu barədə Oxu.Az Reuters-ə istinadən xəbər verir.

“Təsdiqləyə bilərəm ki, XİN rəhbəri (Avstriyanın - red.) Kurts (Sebastyan - red.), həqiqətən də, Türkiyənin iqtisadiyyat nazirinin ölkəyə girişinə qadağa qoyub”, - deyə Avstriya XİN-in rəsmi nümayəndəsi ORF radiostansiyasına bildirib.

Onun sözlərinə əsasən, türkiyəli nazirin gəlişi “Avstriyanın ictimai asayişi və təhlükəsizliyi üçün təhdiddir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]