İslam

BMT Qüdslə bağlı qərar qəbul etdi

22-12-2017, 09:34

BMT-nin Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı elan etməsi ilə bağlı qərarını tanımayıb.

Oxu.Az-ın xəbərinə görə, səsvermə zamanı sənədin lehinə 128 ölkə, əleyhinə isə 9 dövlət səs verib. Daha 35 ölkə bitərəf qalıb.

Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Mikroneziya, Nauru, Palau və Toqo səs verib.

Bundan əvvəl Donald Tramp bəyan edib ki, ABŞ BMT-nin Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmaması ilə bağlı sənədin lehinə səs verən dövlətlərə maliyyə yardımını dayandıracaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]