Dünya / İslam

Roma papasından Qüdslə bağlı çağırış

7-12-2017, 10:42

Roma Papası I Fransisk ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından narahatlığını bildirib.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, Vatikanda ümumi qəbul zamanı Roma Papası bölgədə status-kvonu pozmamağa çağırıb.

I Fransisk qeyd edib ki, Qüdsün paytaxt kimi tanınması və ABŞ səfirliyinin oraya köçürülməsi bölgədə yeni gərginliyə səbəb ola bilər.

Qeyd edək ki, daha öncə Ağ Evin nümayəndəsi bildimişdi ki, prezident Donald Tramp dekabrın 6-da ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə qərar verəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]