Dünya

Tramp: "Mən vədimi yerinə yetirdim"

8-12-2017, 17:41

“Qüdsü İsrailin paytaxtı kimi tanıyıb, ABŞ səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsinə dair qərarımla öz vədimi yerinə yetirdim”.

APA-nın xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp şəxsi “Twitter” səhifəsində yazıb. O, özünü ABŞ-ın sabiq dövlət başçıları ilə müqayisə edərək deyib ki, onlardan fərqli olaraq, ABŞ səfirliyinin Qüdsə köçürülməsinə dair vədini yerinə yetirib.

Tramp "twit"inin altında ABŞ-ın sabiq prezidentləri Bill Klinton, Corc Buş və Barak Obamanın Qüdsə dair çıxışları olan video da yerləşdirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]