Siyasət / Dünya

İranın ali dini rəhbərindən ABŞ-a ittiham: Gücsüzlüyünüzü göstərməyin

7-12-2017, 10:44

“Fələstinin işğal altında olan paytaxtı Qüdslə bağlı irəli sürdüyü iddialar düşmənin gücsüzlüyündən irəli gəlir”.

Xeberman.com Report-a istinadən xəbər verir ki, bunu İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xamneyi Tehranda keçirilən İslam birliyi adlı konfransın iştirakçıları ilə görüşdə bildirib.

“Bu qərar ABŞ-ın bacarıqsızlığının göstəricisidir. ABŞ Fələstinlə bağlı istək və planlarını həyata keçirməkdə acizdir. Fələstinlilər azad olacaq, Fələstin zəfər çalacaq”, - Seyid Əli Xamneyi vurğulayıb.

Qeyd edək ki, ötən gecə ABŞ prezidenti Donald Tramp İsrail, İordaniya, Fələstin, Misir və Səudiyyə Ərəbistanı rəhbərliyi ilə müzakirə aparıb.

O, Yaxın Şərq ölkələrinin liderlərinə deyib ki, dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıya bilər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]