Gündəm / Yaşam

Bakıda cəmi 3 nəfər Şaxta baba olmaq istəyir

9-12-2017, 01:38
Bakıda cəmi 3 nəfər Şaxta baba olmaq istəyirBakıda Yeni ildə Şaxta baba olmaq üçün 3 nəfər müraciət edib.
Xeberman.com xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.
Qurum rəsmisi bildirib ki, daxil olan müraciətlər araşdırılır: "Hələlik müraciətlərə cavab verilməyib. Yaxın günlərdə müraciətlərə baxılacaq. Şaxta baba və Qar qızın fəaliyyət göstərməsinə dekabrın 15-dən sonra icazə veriləcək”.
Ə.Bağırov əlavə edib ki, artıq paytaxt ərazisində parklarda və digər ərazilərdə Yeni il ağaclarının quraşdırılmasına da başlanılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]