Xəbərlər / Hava haqqında

Fevralın 18 -nə olan hava proqnozu açıqlanıb

17-02-2017, 13:17
Fevralın 18 -nə olan hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Xeberman.com -a daxil olan məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 2-4° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 80-90% təşkil edəcək.

Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]