İdman

“Yuventus” (İtaliya) – “Real” (Madrid, İspaniya) 1 - 1 YENİLƏNİR

3-06-2017, 23:23

Bu gün Çempionlar Liqasında (ÇL) 2016/2017 mövsümünün qalibi bəlli olacaq.
Xeberman.com Publika.az-a istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin həlledici qarşılaşması Uelsin paytaxtı Kardiffdə, “Millennium” stadionunda baş tutacaq.
Çempionluq uğrunda İtaliyanın “Yuventus” klubu ilə turnirin son qalibi “Real” üz-üzə gələcək. Bu görüşü çempionların dueli də adlandırmaq olar. Belə ki, həm “qoca sinyora”, həm də “qalaktikos” daxili çempionatı birinci pillədə başa vurub.
Sonuncu dəfə Çempionlar Liqasının 2014/15 mövsümündə üz-üzə gələn rəqiblər yarımfinal mərhələsində qarşılaşmış və yekunda “Yuventus” (2:1, 1:1) adını həlledici görüşə yazdırmışdı.
“Real” və “Yuventus” 2000-ci ildən bəri qitənin ən mötəbər klub turnirində 8 dəfə üz-üzə gəliblər. Bu görüşlərdən 4-də “Yuventus”, 2-də “Real” qələbə qazanıb, digər 2 oyunda isə heç-heçə qeydə alınıb.
“Real”ın heyətində Qaret Beyl və Daniel Karvahalın sıraya dönməsi məşqçilər korpusunu sevindirib. Beyl öz ölkəsində keçiriləcək final görüşündə meydana çıxmağı çox istəyir. Lakin baş məşqçi Zinəddin Zidanın ona ilk “11-lik”də yer verib-verməyəcəyi bəlli deyil. İstənilən halda, fransalı çalışdırıcının Beylin xidmətindən yararlanacağı gözlənilir.
“Yuventus”da isə Stefano Sturaro dünənki məşqdə zədələnib. Yarımmüdafiəçinin “Real”a qarşı oynamaq ehtimalı az dəyərləndirilir.
UEFA Çempionlar Liqası. Final
3 iyun
22:45 Yuventus (İtaliya) - Real (İspaniya) 1:3
Mancukiç, 27 - Ronaldo, 20; 63. Kazemiro, 60.
Baş hakim: Feliks Brix (Almaniya)

Administratorla əlaqə

077 611-55-22

[email protected]