Əsas Səhifə / İdman

Avropanın ən güclüsü "Real"dır!

4-06-2017, 12:29
Bu gün Çempionlar Liqasında 2016/17 mövsümünə yekun vurulub.

Xeberman.com Qol.az-a istinadən xəbər verir ki, Kardiffdə keçirilən finalda turnirin son qalibi "Real” "Yuventus”la üz-üz gəlib.

"Kral klubu” buna qədər son 3 mövsümdən 2-də, ümumilikdə isə 11 dəfə Çempionlar Liqasının qalibi olmuşdu. Son 5 finalın hamısında qalib gələn Madrid klubu bu dəfə də ənənəsinə sadiq qalıb. Zinəddin Zidanın komandası 4:1 hesablı qələbə ilə Avropanın ən güclüsü adını qazanıb.

Qeyd edək ki, bu qələbə ilə "Real" həm də ÇL-in tarixində düşüb. İndiyədək heç bir klub ardıcıl iki il ÇL-in qalibi olmamışdı.

Çempionlar Liqası

FİNAL

3 iyun
"Yuventus” (İtaliya) - "Real” (İspaniya) - 1:4
Qollar: Ronaldo, 20 (0:1), Mandzukiç, 27 (1:1), Kazemiro, 61 (1:2), Ronaldo, 64 (1:3), Asensio, 90 (1:4)
Qırmızı vərəqə: Kuadrado , 84 (Yuventus)
Baş hakim : Feliks Brix (Almanya)

Administratorla əlaqə

077 611-55-22

[email protected]