Dünya

Klinton PKK-ya canlı yayımda söz verdi - "Silahlandıracam"

10-10-2016, 23:55
Ötən həftə ABŞ-da qarşı-qarşıya gələn prezidentliyə namizədlər; Tramp və Klinton dünən yenidən canlı yayımda jurnalistlərin suallarını cavablandırıb. 

Avropa.info xəbər verir ki, iki namizədin debatı zamanı diqqətdən yayınmayan məqamlardan biri də Hillari Klintonun terror təşkilatına dəstək verəcəyinə vəd verməsi olub. 

Debat zamanı Türkiyəni yaxından maraqlandıran Suriya məsələsinə dair də bir sıra məqamlara toxunulub. Bu zaman Klinton prezident olacağı təqdirdə PYD-ni nəzərdə tutaraq "Suriyadakı kürdləri silahlandıracam" deyə açıqlama verib. 

Demokrat Partiyanın namizədi Klinton PKK terror təşkilatının Suriya qolu olan PYD haqda bunları deyib: "Kürdlər İraqda olduğu kimi Suriyada da ən yaxşı tərəfdaşlarımız oldu. Onlar bizim oradakı gücümüz olacaqlar".

Administratorla əlaqə

077 611-55-22

[email protected]