Əsas Səhifə / Xəbərlər

Erməni deputatlar Bakını gəzəcəklər

22-09-2017, 16:26

Azərbaycanda səfərdə olan Ermənistan parlamentinin üzvləri Bakıda gəzintiyə çıxacaqlar.

Xeberman.com APA-ya istinadən xəbərinə görə, bunu erməni deputatlardan biri - Mane Tandilyan deyib.

”Sabah biz Bakıda müxtəlif yerləri gəzəcək və baxacağıq ki, erməni irsi necə qorunub”, - deyə o, bildirib.

Xatırladaq ki, Mane Tandilyan və Armen Aşotyan “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdədirlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]