Xəbərlər / Dünya

Sarkisyanın müavini Azərbaycana gəlir

30-08-2017, 17:52

Ermənistan prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının sədr müavini Armen Aşotyan Bakıya gələcək.

Xeberman.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Armen Aşotyan Ermənistanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinə başçılıq edəcək. Səfər sentyabrın 20-də baş tutacaq. Erməni deputatlar Bakıda keçiriləcək plenar iclasda iştirak edəcək.

Qeyd edək ki, əvvəllər Bakıda keçirilən müxtəlif tədbirlərdə Vahan Ovannisyan, Styopa Safaryan, Artaşes Qeqamyan və Tevan Poqosyan iştirak edib. Budəfəki erməni nümayəndə heyətinin tərkibində sözügedən şəxslərin təmsil olunacağı gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]