Dünya

Sabiq prezident ömürlük həbsdə qalacaq

17-09-2017, 10:39

Qahirə Apellyasiya Məhkəməsi Qətərin xeyrinə casusluğa görə azadlıqdan ömürlük məhrum edilən sabiq prezident Məhəmməd Mursi barədə hökmü qüvvədə saxlayıb.

Oxu.Az xarici KİV-lərə istinadən xəbər verir ki, sabiq prezidentin üç tərəfdarı barədə ölüm hökmünü məhkəmə tərəfindən təsdiqlənib.

Cinayət işində Məhəmməd Mursi daxil olmaqla, ümumilikdə 11 nəfərin adı çəkilib. Onlardan üçünü qiyabi mühakimə ediblər.

Qeyd edək ki, sabiq prezident və Misirdə qadağan edilmiş “Müsəlman qardaşlar” hərəkatından olan tərəfdarları Mursi hakimiyyətdə olarkən dövləti zəiflətmək məqsədilə ölkənin xüsusi xidmət orqanlarına və ordusuna aid məxfi sənədləri toplamaqda və Qətər kəşfiyyatına ötürməkdə ittiham ediliblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]