Dünya

Bəşər Əsədin 15 yaşlı oğlu danışdı: “Dəhşətlərin şahidiyəm”

19-07-2017, 17:06

Ölkədə baş verən bütün dəhşətlərin şahidi olmuşam.

Rio-de-Janeyroda jurnalistlərə açıqlamasında Suriya Prezidenti Bəşər Əsədin oğlu Hafiz söyləyib.

“Mənim ölkəmdə əhali və hökumət işğalçılara qarşı birləşib. Mən atamın necə adam olduğunu bilirəm. Çoxları kordurlar. Onun haqqında deyilənlərin çoxusu həqiqət deyil. Atam diktator deyil”, – deyə o bildirib.

Qeyd edək ki, Hafiz Əsəd Suriya prezidentinin üç övladından biridir. O, Braziliyaya ölkəsini riyaziyyat olimpiyadalarında təmsil etmək üçün gedib. Əsədin 15 yaşı var. / Axar.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]