Dünya

Kadırovun müftisini Əsədin yanına yolladı - Foto

25-04-2017, 23:51
Kadırovun müftisini Əsədin yanına yolladı - Foto
Çeçenistan müftisü Salah Hacı Məjiyevlə Suriya lideri Bəşər Əsəd arasında paytaxt Dəməşqdə görüş baş tutub.

Xeberman.com Axar.az -a istinadən xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov İnstaqram hesabında məlumat yayıb.

Görüş zamanı Əsəd, Əhməd Hacı Kadırov vəqfinin yardımlarından dolayı müftiyə təşəkkürünü bildirib.

Məjiyev də öz növbəsində Dəməşq Universitetini bitirən rusiyalı tələbələrin vaxtında diplomu almamaları mövzunu gündəmə gətirib.

Bundan əlavə, sözügedən universitet şöbəsinin Qroznuda açılması barədə də razılığa gəlinib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]