Dünya

Bəşər Əsədin təsviri olan əsginazlar buraxıldı

3-07-2017, 00:37

Suriyada üzərində ilk dəfə ölkə prezidenti Bəşər Əsədin şəkli olan milli valyuta dövriyyəyə buraxılıb.

Report xəbər verir ki, Əsədin təsviri 2 min Suriya funtu (təqribən 10 ABŞ dolları) üzərində öz əksini tapıb.

Suriya Mərkəzi Bankının sədri Dureyd Durqam bildirib ki, əsginaz çoxdan çap olunub, lakin hərbi əməliyyatlar və məzənnənin tez-tez dəyişməsi səbəbindən dövriyyəyə buraxılmayıb.

Hazırda yeni pul vahidi ilə Dəməşq və bir neçə əyalətdə ödəniş etmək mümkündür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]