Xəbərlər / Media

İlqar Mikayıloğlu onu sancan ilandan danışdı

17-07-2017, 21:32
İlqar Mikayıloğlu onu sancan ilandan danışdı
“Səhhətimdə heç bir problem yoxdur”.

Bunu AzNews.az-a açıqlamasında tanınmış teleaparıcı İlqar Mikayıloğlunun özü bildirib. Aparıcı artıq işə çıxdığını da qeyd edib:

“Artıq işə çıxıram, hər şey qaydasındadır. Analizlər təmiz çıxıb”.

İlqar Mikayıloğlu onu sancan ilanın mənşəyinin araşdırılmadığını deyib: “Fikir vermədik”.

Bir neçə gün öncə tanınmış teleaparıcı İlqar Mikayıloğlunu çəkiliş zamanı ilan sancıb. Hadisə Füzuli rayonu Haramı düzündə verilişin çəkilişi zamanı baş verib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]