Xəbərlər / Siyasət

Putin Azərbaycan və Ermənistan prezidentləri arasında görüş təşkil etməyə çalışır

17-07-2017, 09:46

Rusiya bu ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüş təşkil etməyə çalışır.

Xeberman.com Report-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, bu prosesdə yalnız Rusiya iştirak edir.

“Fransızlar Bakı və İrəvanı danışıqlar masası arxasında oturtmaq istəyiblər, amma bunun heç bir xeyri olmadı. Bu arada, dialoqun dəstəklənməsi prinsipial əhəmiyyət daşıyır. Məhz bunun sayəsində regionda tammiqyaslı müharibə baş vermədi. Lakin yenə də tərəflərin məqsəd və baxışları müxtəlifdir”, - Rusiya XİN-dəki mənbə bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]