Dünya

Tramp və Putin arasında görüş başa çatıb -YENİLƏNİB

7-07-2017, 21:06
Tramp və Putin arasında görüş başa çatıb -YENİLƏNİB
Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ikitərəfli görüş başa çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, danışıqlar 2 saat 15 dəqiqə davam edib. Bu, iki dövlət başçısı arasında keçirilən ilk görüş olub. Bundan əvvəl onlar yalnız telefonla danışıb.

Mətbuata qapalı şəraitdə baş tutan görüşdə ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edib.

***

Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, görüşdə ABŞ dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edir.

Prezidentlərin Suriya problemi, beynəlxalq terrorizmlə mübarizə, Ukraynadakı münaqişə və Şimali Koreya problemi ilə bağl ıfikir mübadiləsi aparacağı gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]