Mədəniyyət / Maraqlı

Vladimir Tolokonnikov vəfat etdi - Video

16-07-2017, 11:58

Rusiya və Qazaxıstanın teatr və kino aktyoru Vladimir Tolokonnikov 74 yaşında dünyasını dəyişib.

Kult.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu haqda teatr nümayəndəsi məlumat yayıb.

“Vladimirin oğlu bu gün mənə zəng etdi və atasının öldüyünü dedi. Hadisə gecə 01:00-da baş verib” - deyə, o bildirib.

Qeyd edək ki, Tolokonnikov 1943-cü il iyunun 25-də Almatıda doğulub. O, "İt ürəyi" filmində (1988) ifa etdiyi Şarikov rolu, eləcə də "Xottabıç" filmindəki (2006) rolları ilə məşhurdur.


Administratorla əlaqə

077 611-55-22

[email protected]