Mədəniyyət

Əfsanəvi gülüş ustamız 85 yaşında

15-04-2017, 22:02
Əfsanəvi gülüş ustamız 85 yaşında
Azərbaycan Dövlət Musiqili Teatrında böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti, “Şöhrət” ordenli Hacıbaba Bağırovun 85 illik yubileyi qeyd olunacaq.

Teatrdan Kult.az-a verilən məlumata görə, teatrın rəhbərliyi böyük gülüş ustasının yubileyi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb. Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev bildirib ki, sənətkarın qızının rəsmlərindən ibarət sərgi də təşkil olunacaq:

“Yaratdığı bənzərsiz obrazlarla Azərbaycanın teatr və kino tarixinə adını qızıl hərflərlə yazdırmış böyük sənətkarımızın məzarı doğum günü - 12 iyun tarixində kollektivimiz tərəfindən ziyarət olunacaq. Yubiley tədbirləri çərçivəsində teatrımızda Hacıbaba Bağırovun yadigarı, qızı Şölə Bağırovanın rəsmlərindən ibarət sərgi də təşkil olunacaq. Hacıbaba Bağırovun sənətini sevənləri onun 85 illik yubileyi ilə bağlı təşkil olunacaq bütün tədbirlərə dəvət edirəm. O, Azərbaycan mədəniyyət tarixində əbədi iz qoyan şəxsiyyətlərdən biridir. Aktyorun işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaq”.

Qeyd edək ki, Hacıbaba Bağırov 1932-ci il iyunun 12-də Bakıda anadan olub, 2006-cı il oktyabrın 6-da vəfat edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]