Mədəniyyət
Türkiyənin məşhur aktyoru vəfat edib
19-04-2017, 12:30
“Yeşilçam”ın aktyoru Bülent Kayabaş 72 yaşında dünyasını dəyişib.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyor ağciyər xərçəngindən əziyyət çəkirdi.
B.Kayabaş müalicə aldığı xəstəxanada bu gün səhər saatlarında vəfat edib.
O, teatr və kino aktyoru kimi fəaliyyət göstərdiyi illər ərzində bir çox mükafata layiq görülüb.