Xəbərlər

Qarabağ münaqişəsini lentə almış məşhur fotoqraf vəfat edib

20-05-2017, 15:20

Dağlıq Qarabağ münaqişəsini çəkmiş məşhur amerikalı fotoqraf Stenli Qrin 68 yaşında Parisdə vəfat edib.

Xeberman.com APA-ya istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

O, uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Senli Qrin xüsusilə münaqişə zonalarına aid fotoları ilə məşhurdur.

O, Berlin divarının yıxılmasını lentə alıb. Eyni zamanda, Cənubi Sudan, Hindistan, Ruanda, Zairdə olub, Dağlıq Qarabağ, İraq, Əfqanıstan, Kəşmir və Livanda münaqişələri tarixin yaddaşına köçürüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]