Dünya

Jurnalist kralı həddindən artıq təriflədiyi üçün cəzalandırıldı

3-07-2017, 12:52

Səudiyyə Ərəbistanında qəzetlərdən birinin köşə yazarı müvəqqəti olaraq işdən kənarlaşdırılıb. Səbəb isə jurnalistin ölkənin kralı Salman Saudu tərifləyərkən yalnız Allahın adının qarşısında işlənə biləcək epitetlərdən istifadə etməsi olub.

Oxu.Az-ın BBC-yə istinadən xəbərinə görə, “Əl-Cəzirə”nin jurnalisti monarxın göstərişi ilə cəzalandırılıb.

Məlumata əsasən, jurnalist krala qarşı “əl-xalim” (“mülayim”) və “şədid-ikab” (“cəzada sərt”) epitetlərindən istifadə edib.

“Əl-xalim” epiteti Allahın 99 adından biri hesab olunur, baxmayaraq ki, bu siyahıya daxil edilməyib. Həm bu, həm də digər epitet islam etiketinə görə, insana qarşı tətbiq edilə bilməz.

Administratorla əlaqə

077 611-55-22

[email protected]