Dünya

Fransalı jurnalist 3 ay İŞİD-i gizli kameraya çəkdi

3-05-2016, 11:55

Onlarda dünyanı yaxşılaşdırmaq istəyi yox idi.


Xeberman.com  RT-yə istinadən verdiyi məlumata görə, fransalı jurnalist Səid Rəmzi təxəllüsü ilə İŞİD terroçuları arasında üç ay keçirərək onları gizli kameraya çəkib. "Əsas dərslərdən biri o oldu ki, onların əməllərində İslamın əlamətləri heç vaxt müşahidə olunmayıb. Onlarda dünyanı yaxşılaşdırmaq istəyi yox idi. Onlar yalnız itirilmiş, qarışmış, qəsdə meylli, asan manipulyasiya edilə bilən cavanlardırlar. "Manipulyasiya - idarə edən insanın mənafeyinə uyğun şəkildə digər bir insanın davranışının gizli idarə olunması  prosesidir.  Jurnalistin çəkdiyi kadrlar "Allahın Əsgərləri" sənədli filminin əsasını təşkil edəcək ki, nümayişi mayın 2-də Fransada keçiriləcək. Jurnalist terrorçularla sosial şəbəkələr vasitəsilə əlaqə yaratmağın çətin olmadığını da bildirib.

Fransalı jurnalist 3 ay İŞİD-i gizli kameraya çəkdi

Administratorla əlaqə

077 611-55-22

[email protected]