Əsas Səhifə / Dünya

Ərdoğan kralla razılığa gəldi: Birgə hərəkət

15-02-2017, 12:16
Türkiyə və Səudiyyə Ərəbistanı regionda təhlükəsizliyi artırmaq üçün birlikdə çalışacaqlar.

Axar.az “Sabah”a istinadən məlumat verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrinə səfəri çərçivəsində Qətər və Bəhreyndən sonra Səudiyyə Ərəbistanına yollanıb.

Ərəbistanda rəsmi surətdə qarşılanan Ərdoğan bu ölkənin Kralı Salman ibn Əbdüləzizlə 2 saat yarım söhbət edib.

Söhbət əsnasında tərəflər iki ölkənin iqtisadi əlaqələrinin genişlənməsi və regionda təhlükəsizliyin artırılması üçün birlikdə çalışmaq qərarına gəliblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]