Dünya

Kral Salman neftin qiymətinin ucuzlaşmasından narahatdır

23-12-2015, 21:02
Kral Salman neftin qiymətinin ucuzlaşmasından narahatdır

Ər-Riyad neft bazarının sabitləşməsində maraqlıdır və tarazlaşdırılmış siyasət aparır, Xeberman.com-un RİA Novosti-yə istinadən xəbər verir.

Bu barədə Səudiyyə Ərəbistanının Konsultasiya Şurasının (Məclis aş-Şura) rəsmi Twitter akkauntunda ölkənin kralına istinadən məlumat yayılıb.

"Krallıq neft bazarının sabitləşməsində maraqlıdır və tarazlaşdırılmış siyasət aparır, bu indiki və gələcək nəsillərin marağındadır”, - məlumatda monarxın sözlərindən sitat gətirilir.

Səudiyyə Ərəbistanının kralı Salman ibn Abdul-Əziz Əl Səud çərşənbə günü Konsultasiya Şurasına (Məclis əş-Şura) illik müraciəti ilə çıxış edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]