Gündəm / Dünya

İsrail Suriya ordusunun mövqelərinə zərbələr endirib

2-07-2017, 10:56
İsrail Suriya ordusunun mövqelərinə zərbələr endirib
İsrail qüvvələri təsadüfi atəşə cavab olaraq Suriya ordusunun mövqelərinə zərbələr endirib. Ötən gün Suriya ordusunun mövqelərindən İsrailin nəzarət etdiyi Qolan təpələrinə doğru iki mərmi atılıb. Atəş nəticəsində ölən və yaralanan olmayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu, son həftə ərzində İsrail və Suriya orduları arasında sayca 5-ci insidentdir.

“İsrail Suriyadakı vətəndaş müharibəsi məsələsində qarışmama siyasəti aparır. Lakin biz suverenliyimizin pozulması hallarının baş verməsinə yol verməyəcəyik. İsrail hesab edir ki, bu cür halların baş verməsində Suriya rejimi məsuliyyət daşıyır”, - deyə İsrail ordusunun rəsmi nümayəndəsi Ronen Manelis bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]