Ölkə

Ziya Məmədovun “qoçu”ları yenidən aktivləşdi.

16-06-2017, 11:53
“Göyçay-Avtonəqliyyat” ASC-nin 18 illik nəqliyyat xidmətinə qanunsuz zərbə vuruldu. Göyçayda İcra başçısına yaxın şəxslərə məxsus qeyri-peşəkar bir şirkət açıldı. Bakı şəhərindən gətirdikləri avtobusların marşrut xəttinə buraxılması məqsədilə bəzi hüquq mühafizə orqanlarının gücündən istifadə edərək inhisarçılıq niyyətlərini həyata keçirmiş oldular. Qeyd edim ki, həmin şirkətə məxsus Bakı şəhərindən gətirilmiş avtobuslar istismar müddətini bitirib. Şəhərin təmirli küçələrində istifadəyə yararsız hesab olan avtobusların rayonun kənd yollarında işləməyəcəyini bildikləri halda “iş görürlər” kimi yenə də prezident administrasiyasını çaşdırmaq yolunu tutublar.Həmin köhnə avtobusların kosmetik bəzənməsi ilə “Göyçaya yeni avtomobillər gətirmişik” deyə aldadıcı reklamla məşğul olurlar.
Dünəndən etibarən Dövlət Nəqliyyat Xidməti Departamentinin Göyçay Regional Şöbəsinin müdiri Seyfəl Hacıyev yuxarı səviyyədə təzyiq qarşısında qalaraq ciddi qanunsuzluğa yol verib. Hətta onun əməlinə vəzifədən sui-istifadə etmə və s. cinayət də demək olar. O, eyni marşrut xəttləri üzrə “Göyçay-Avtoəqliyyat” ASC ilə yanaşı başqa bir şirkətə də fərqlənmə nişanı verib. "Göyçay-Avtonəqliyyat" ASC-yə də bildirib ki, "mənim əlacım yoxdur, məcbur etdilər". Dünəndən etbarən Göyçayın nəqliyyat xidməti sahəsində qarışıq durum yaranıb. Ziya Məmmədova yaxın olan hal-hazırda Dövlət Nəqliyyat Deartamentinin rəisi olan Musa Pənahovun tapşırıığı əsasında Bakı şəhərindən Göyçay rayonuna departamentə məxsus bir neçə xidməti avtomobillə “reket” dəstəsi göndərilib. Həmin dəstə ilə Göyçay RPŞ-nin rəis müavini Rövşən Babayevin nəzarət və idərə etdiyi polis-patrul dəstəsi sürücülərə qanunsuz olaraq təzyiq və təhdid göstərək onların marşrut xətti üzrə hərəkətlərinə mane olurlar. Onlara ciddi tapşırıq veriblər ki, tabeçilik göstərməyən sürücülər barəsində hər-hansı bəhanə ilə cərimələr tətbiq edilsin. Bu gün səhər saatlarından etibarən 12-yə yaxın avtobus sürücüsü saxlanılaraq onlara hədə-qorxu gəlinib və iş fəaliyyətləri əngəllənib. Səhər saatlarından bəri bir çox marşrut xətlərində avtobuslar işləməyib, bu hal da çoxlu sayda sərnişinlərin narazılğına səbəb olub.
Yuxarı dairələlərdən, aidiyyatı qurumlardan heç kim maraqlanıb soruşmur ki, “bu cür qanunsuz işlərə onları kim vadar edir, məqsədləri nədir”. Departamenitin və polis şöbəsinin qanunu pozmaqla “reket” hərəkətləri ilə davranmaları o qədər soyuqqanlı qarşılanır ki, sanki elə bu cür də olmalıdır. Beləcə sağlam rəqabət deyə bir şey qalmadı.
Qeyd olunan qanunsuzluqların başında duran şəxslərdən biri olan Musa Pənahov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini kimi fəaliyyətini davam etdirir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]