Gündəm

GÖYÇAYDA YENI “DÖVLƏT” YARANIR.

25-04-2017, 22:07
Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2016-cı il tarixli sərəncamı ilə Mehdi İldırım oğlu Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. M. Səlimzadə yeni vəzifəyə təyin olunduqdan sonra dayanmadan rayonda kadr islahatları aparmağa başladı. Xeberman.com-a daxil olan məlumata görə, onun gəlişindən sonra rayonda polis rəisi və digər polis əməkdaşları, DTX-nın regional şöbəsinin rəisi, səhiyyə, təhsil, yaşıllaşdırma, idman olimpia kompleksi və s. müdirləri tutduqları vəzifədən azad olundular. İlk olaraq müsbət addımlarla işinə başlayan icra başçısı özünə nüfuz qazandıra bilsə də, bir müddət sonra qanunları tapdalamağa yönəlmiş hərəkətləri ilə həm Göyçay rayon sakinlərini, həm də iş adamlarını ciddi narazı salmağa başladı. Belə aydın oldu ki, 2004-cü ildən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi vəzifəsində çalışan Mehdi Səlimzadə İcra hakimiyyəti orqanı ilə köhnə iş yerini dəyişik saldı. Ona müraciət edən vətəndaşların problemlərinin həlli istiqamətində hər hansı qanuni tədbir görməklə iş aparmaq əvəzinə öz nüfuzu ilə digər idarə, müəssisə rəhbərlərinə təzyiqlər etməyə başladı. Həlli mümkün olmayan məsələlərin icra olunması ilə bağlı tapşırıqlar verməyə başladı. İcra olunmayan tapşırıqlarına görə isə həm özünə düşmən qazandı, həm də özü həmin şəxslərlə ciddi ədavətə başladı. M. Səlimzadə Göyçayda kiminlə işləməyin mümkün olacağını götür qoy edərək “reket komissiyası” yaratmağı qərara aldı. Həmin komissiyaya rəhbər kmi bir neçə dəfə məhkum olunmuş Sanitar Təmizlik İdarəsinin rəisi Loğman Əliyevi seçmiş oldu. Komissiyanın tərkibində baş arxitektor İntiqam Süleymanov və Qəyyumluq və Himayəçilik orqanının müdiri Camalın və başqalarının da adları var. Eyni zamanda digər “qara” işləri də özü ilə gətirmş olduğu Miryusif adlı şəxsə həvale etmiş oldu. Göyçay rayonunda görülən işlərə qısa nəzərə salaq. Xeberman.com daxil olan məlumatada bildirilir ki, çoxlu sayda şəxslər böyük pul müqabilində vəzifələrə təyin edildi və həmin xərcləri çıxarmaq üçün yeni vəzifəyə təyin olunanlar Göyçayda əhaliyə zülm etməyə başladılar. (red.bu barədə mətbuatda kifayət qədər məlumatlar var). Şəhərdə olan bayraq muzeyi söküldü, hələ də yenisi inşa etdirilməyib. Mirzəhüseynli və Qaraməryəm kəndlərində dəyəri 100-lərlə olan borular sökülərək satıldı. Hansı ki, həmin borular vasitəsi ilə 20 ildən artıq idi ki, əkin sahələri suvarılırdı. Vətəndaşların şikayətləri araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndərilsə də, bu günə qədər heç bir müsbət nəticə olmadı. Mütəmadi olaraq hüquq-mühafizə orqanları tərəfindən qanunsuz həbslərə və təhdidlərə rast gəlindi. Amma özünün yaxın ətrafındakı adamlar isə vəzifə və əmlaklara sahib oldular, əhalinin problemləri isə arxa plana keçdi. Qeyd olunanlar rayonda baş verən qanunsuzluğun bir hissəsidir. Keçək icra başçısının yaratdığı “komissiya”nın fəaliyyətinə... Bu komissiya əslində icra başçısının “sillə vuranı” kim imic qazanıb. Çünki həmin komissiyada olan şəxslər hər hansı qanuni bir işin həlli ilə deyil, öz reket xislətləri, tələbləri ilə çıxış edirlər. Onların fəaliyətinə diqqət yetirdikdə məlum olur ki, hüquq-mühafizə, məhkəmə və s. orqanların fəaliyyəti “komissiya” tərəfindən icra edilir və buna etiraz etmək ciddi şantaj və təhdidlərlə sonuclana bilər. Yəni “ağa ayaq qoyduğu yerə nökər baş qoymalıdır” prinsipi ilə. Bu yolla kifayət qədər pul toplamağı bacaran “komissiya” rəhbəri Loğman Əliyev başqalarına qarşı təzyiq və şantaj əməllərini həyata keçirmək üçün “əlində saxladığı” qadınlardan istifadə etməkdən belə çəkinməyir. Ədalət və qanun olmayan yerdə bu cür murdarçılııqların mövcudluğu heç kimdə şübhə doğurmur. L. Əliyevin gəlirlərinə diqqət edək, bu azmış kimi o icra başçısının himayəsi altında “qara” işlər görməklə də pul qazanır. Sanitar Təmizlik İdarəsi kommersiya və büdcə təşkilatlarından, o cümlədən yerli vətəndaşlardan hər ay təmizlik məqsədilə müəyyən vəsaitlər toplayır. Böyük pulların dövr etdiyi bu qurumda ciddi maliyyə yeyintiləri mövcuddur. Təxmini hesablamalara görə Göyçayda 9 minə yaxın təsərrüfat mövcuddur. Əvvəllər hər evdən 3 manat məbləğində zibil pulu adı ilə vəsait toplanırdısa, Loğman Əliyevin qoyduğu yeni qaydalara görə bu məbləğ 5 manata qaldırılıb. Əslində hər vətəndaş zibil puluna görə 30 qəpik ödəməli olduğu halda Loğman Əliyevin idarəsi heç nədən çəkinmədən vətəndaşların cibinə girməklə məşğul olur. Hər ay ərzində kommersiya qurumlarından təxminən 7 min manat, büdcə təşkilatlarından isə 15 min manata yaxın vəsait toplanılır. Bunun üzərinə vətəndaşlardan toplanılan vəsaitləri də əlavə etsək, göz önündə böyük rəqəmlərlə ölçülən pullar canlanır. Loğman Əliyevin bu qədər vəsaiti hara xərcləməsi rayon sakinləri üçün müəmma olaraq qalır.. Çünki rayonda sanitar-təmizlik işləri heç də ürəkaçan deyil.
Əlavə olaraq Göyçay sakinlərinin və bəzi vəzifəli şəxslərin müraciətini nəzərə alaraq, Göyçayda yeni qaydada “dövlət” qurmaq istəyən rayon icra başçısı Mehdi Səlimzadəni Göyçayda fəaliyyət göstərən “reket komissiyasının qanunsuz fəaliyyətini dondurmağa çağırırıq.
Ətraflı gələn sayımızda...

Administratorla əlaqə

077 611-55-22

[email protected]