Gündəm

Göyçay İcra Başçısı Mehdi Səlimzadə “ Loğmanın ağlı ilə işləyir”

28-05-2017, 21:54
Bir müddət əvvəl Göyçay Rayon İcra Hakimiyyəti Başçısı Mehdi Səlimzadənin rayonda yaratdığı “komissiya”nın fəaliyyəti barədə, onların qanuni bir işin həlli ilə deyil, öz reket xislətləri ilə vətəndaşları incitməsini gündəmə gətirmişdik. Onların fəaliyətinə diqqət yetirdikdə məlum olur ki, hüquq-mühafizə, məhkəmə və s. orqanların fəaliyyəti “komissiya” tərəfindən icra edilir və buna etiraz edənlər isə ciddi şantaj və təhdidlərlə sonuclana bilər. Yəni “ağa ayaq qoyduğu yerə nökər baş qoymalıdır” prinsipi ilə. Həmin yazının ardı olaraq daha ciddi faktlara və arqumetlərə əsaslanaraq ölkə başçısınına xəyanət və yerli sakinlərin narazılığına səbəb olmuş məsələləri gündəmə gətirməyi məqsədə müvafiq hesab edirik.
Təxminən 1 aya yaxın müddətdir ki, icra başçısı M. Səlimzadənin sifarişilə “reket komissiyası” və digər müvafiq orqanlar Göyçay rayonunda fəlaiyyət göstərən “Göyçay-Avtonəqliyyat” ASC-nin nəzdind’ olan “AVA-N” MMC adlanan kənd təsərrüfatı məhsullarının satışı bazarına qarşı qanunsuz hərəkətlər etməyə davam edirlər. Belə ki, 3 gün əvvəl Göyçay rayonunda olan Ziya Məmmədovun xalası oğlu Mənsur Məmmədov şəriyi olan “Göyçay-Bazar” ASC-nin direktoru Bəhruz Rəhimovla görüşərək şəhərin Cəyirli kəndində inşa etdirdikləri yeni bazarın taleyini müzakirə ediblər. B. Rəhimov ona bildirib ki, mən icra başçısı Mehdi Səlimzadə ilə razılığa gəlmişəm ki, “AVA-N” MMC-nin fəaliyyətinə ciddi problemlər yaradıb onu sıradan çıxarsın və gələcəkdə bu iş baş tutarsa onunla ortaq işlərimiz qurulacaq. Həmçinin B. Rəhimov icra başçısı Mənsur Məmmədova 3 il əvvəl köçürülməsinə nail olmadığı bazarın köçürülməsini məhz prezidentə qohum olan Mehdi Səlimzadənin edəcəyini vurğulayıb. Eyni zamanda son 1 ay ərzində “Göyçay-Avtonəqliyyat” ASC və “AVA-N” MMC-yə qarşı edilmiş bütün qarayaxma, əsassız yoxlamalar, nəzarətedici orqanların nöqsanlar aşkar etməsi və s. kimi təzyiqlərin olmasını bildirərək buna tab gətirilməyəcəyini bəyan edib. Son məlumata görə Ucra rayon icra başçısı Mənsur Məmmədov, bazar müdiri Bəhruz Rəhimov və Göyçayın icra başçısı Mehdi Səlimzadə arasında “yeni bazar ortaqlığı”məsələsi öz həllini tapıb.
Bildiririk ki, adları keçən cəmiyyətlərdə 100-lər işçilər var. Həmin cəmiyyətlərin fəaliyyəti sayəsində bu ailələr öz dolanışıqlarını təmin edirlər. Çox təəsssüf ki, milyonçu icra başçılarını və onların əlaltı sifarişçilərini bu qədər sayda insanın taleyi yox, yalnız öz şəxsi mənafeləri düşündürür. Artıq ilk addımlar sərtliklə atılıb. Belə ki, “Göyçay-Avtonəqliyyat” ASC-nin nəqliyyat xidmətinə alternativ olaraq icra hakimiyyətinin hüquqşünası Camal Paşayev, onun şərikləri Sənan və icra başçısının qardaşı oğlu Səməd Cəbrayılovun təşəbbüsü ilə Göyçaya bir neçə avtobus gətirilərək marşrut xəttinə çıxarılması planlaşdırılb. İcra başçısının özü ilə gətirdiyi icra hakimiyyətində hüquq şöbəsində işləyən Camal Paşayev öz yalanları ilə Göyçaylıları inandırmağa çalışır ki, o Arif Paşayevin qohumudur. Onun utanc gətirən qanunsuz hərəkətləri bir yana, hələ özünü yalandan Paşayevlərin qohumu kmi təqdim etməsi də onun nə qədər simasız olduğuna işarədir. Bundan əlavə eyni sifarişlə “AVA-N” MMC-yə məxsus kənd təsərrüfatı məhsulları bazarında ət və ət məhsullarının, süd məhsullarının satışına qadağalar qoyulması üçün Kənd Təsəsrrüfatı Nazirliyi Yanında Baytarlıq Xidməti tərəfindən təzyiq göstərilir. Bazarda əsassız olaraq vergi, dövlət sosilal müdafiəsi, epidemiya, sanitariya və s. kimi nəzarətedici orqanların yoxlamaları davam edir. Bir sözlə inhisarçılıq yaratmaq istəyənlərin vəzifələrindən sui-istifadəsi nəticəsində 100-lərlə sahibkarın müəmalı taleyi isə heç kimi maraqlandırmır.
Bildiyiniz kimi, ölkə başçısı İlham Əliyevin göstərişi əsasında işsizliyin aradan qaldırılması, sosial-rifahın yaxşılaşdırılması məqsədilə bəzi rayonlarda vakant iş yerləri ilə bağlı məşğulluq mərkəzlərində qeydiyyat aparılıb. Ən çox iş yerləri ilə bağlı işə qəbul Sanitar Təmizlik İdarəsi və Mənzil İstismar Sahəsində baş tutub. Ölkə başçısının fərmanı ilə rayonda əhalinin məşğulluğunu təmin etmək məqsədilə Mənzil İstismar Sahəsinə ayrılmış 1 200 000 (bir milyon iki yüz min) manat pul artıq məmurların ac vaxtında aranı ciddi şəkildə qarışdırırb. İcra başçısının tapşırığı ilə ona yaxın olan Arzu Abdullayev tərəfindən “Şıxlı” MMC yaradılmışdır. Həmin cəmiyyət guya ki, MİS-nin balansında olan evlərin fasad və üst örtüyünün təmiri, eyni zamanda 180 nəfərin işlə təmin edilməsini icra etməliyimiş.
Mənzil İstismar sahəsi ilə bağlanmış podrat müqaviləsinə görə evlərin üst örtüyü sökülməli, fasad isə qaşınaraq yenidən aqlay örtük və ya su keçirməyən materiallardan istifadə edilməklə əsaslı şəkldə təmir etdirilməli idi. Amma talama məqsədi ilə icra başçısı tərəfindən bu işə formal təyin edilmiş Mirhüseyn Məmmədov (kəndlərdəki əkin sahələrinin suvarma borularını satıb talayan şəxs) “Şıxlı” MMC-nin rəhbəri Arzu Abdullayevi əldə olunan vəsaitin 50%-ni nəğdləşdirərək ona verilməsinə məcbur edib. Bu səbəbdən həmin cəmiyyətdə işə götürülmüş 180 nəfər adı keçən işçi olmasına baxmayaraq orada faktiki olaraq 60-70 nəfər işə çıxır. Yerdə qalan işçilərin əmək haqları isə veriləcək rüşvət üçün kartlardan çıxarılaraq özlərində saxlanılr. Əgər görülən işlərlə bağlı komissiya təşkil edilərsə məlum olar ki, evlərin təmirinə ayrılmış pulun heç 10%-i belə xərclənməyib. Nə dam örtüklərinin taxtaları dəyişir, nə dam örtükləri yenilənir, nə fasad üçün təhükəsiz və davamlı materiallar alınır. Yalançı kosmetik boya ilə bir neçə evi bəzəyərək ölkə başçısını aldatmağa yönəlmiş işlər görürlər. Göyçay RİH nəzdidndə olan Sanitar Təmizlik İdarəsinin isə 56 nəfər işçisi var. Həmin işçilərin hər birnə ayrılmış 121 manat məbləğdə pul bütünlüklə icra hakimiyyətinə verilir. İşçilərin əmək haqqı isə əhalidən zibil pulu olaraq artıq toplanan pullardan ödənilir. Etibarlı mənbənin sözlərinə görə həmin 56 nəfər süpügəçiyə məxsus əmək haqqı kartları icra başçısı Mehdi Səlimzadənin qardaşı oğlu, həm də sürücüsü olan Toğrulun avtomobilində saxlanılır.
Mənzil İstismar Sahəsində tutduğu vəzifədən azad edilərək Göyçay RİH-nin şəhər üzrə Ərazi İnzibati Nümayəndələyinə yeni təyin olunmuş müdir Ayaz Səfərəliyev yeni işi ilə yanaşı eyni zamanda köhnə müdiri olduğu yeri də öz kurasiyasında saxlayırmış. Həmin yerə ayrılmış 1 200 000 manat pulun 70%-i icra başçısı tərəfindən ondan tələb olunub. O isə buna etiraz edərək 30% faiz məbləğlə nə əmək haqlarını, nə də ki, təmir işlərinə çəkiləcək xərcləri ödəyə bilməyəcəyini bildirib. Bu səbəbdən icra başçısı prezident administrasiyasına “qruplaşma” adı altında məruzə edərək razılıq almış, eyni vaxtda həm onu, həm də onun müavini Abdulla Həşimovu tutduğu vəzifədən kənarlaşdırmağa nail olmuşdur. Həmin vaxt A. Həşimov məzuniyyətdə olmasına baxmayaraq onun qanunsuz olaraq işdən çıxarmaqla yerinə Elçin Kərimovu təyin edilib. Şəhər Ərazi İnzibati Nümayəndəliyinə isə adı daima qanunsuz işlərdə hallanan Rəşad Şükürov təyin edilmişdr.
Buradan sual yaranır: Məgər Prezident öz qohumunu bu vəzifəyə onu aldatmaq üçünmü təyin etmişdir? Heç ola bilərmi ki, ölkə başçısı onlara göstəriş versin ki, “yeni iş yerləri açıldı deyin”, sonra da fəhlə və xadimələr üçün ödəniməli olan əmək haqlarını alıb qoyun cibinizə? Təbii ki, bu inandırıcı deyil. Fəhlə və xadimə işlərinə adları yazılmış şəxslərin qazanclarına göz dikmək ən iyrənc əməl deyilmi? Bu cür hərəkətlərinə görə heç bir məmura haqq qazandırılmır və inanmırıq ki, bu cür qanunsuz hallar ölkə rəhbərliyi tərəfindən cəzasız qalacaq.
Bu yazıya görə heç də icra başçısı “yalandır , böhtandır” deyib ölkə başçısını aldatmağa çalışmasın. Əksinə olaraq o, ölkə başçısına etdiyi xəyanəti etiraf edib vətəndaşları şantaj edən, hədə qorxu gələn, şərləməkdən belə çəkinməyən Göyçaydakı “reket dəstəsi”ninin fəaliyyətini dayandırsın. Göyçay sakinlərinə əziyyət verməkdən çəkinsin. Bu yazıda dərc olunan məlumatların 80% doğruluğu heç kimdə şübhə doğurmur. Hətta sadə rayon sakinləri də qeyd olunalardan qat-qat çox məlumatlara malikdirlər. Göyçayda xoşa gəlməyən bir söhbət də ortaya atılıb. “Başçı öz başı ilə, amma Loğmanın ağlı ilə işləyir”. Loğman Əliyev isə bir neçə dəfə məhkumluq həyatı yaşamış, adı daim korrupisiyada hallanan, insanları şərləməkdə və yüngül həyat tərzi keçirməkdə tanınmış Sanitar Təmizlik İdarəsinin rəsidir.

Növbəti yazıda isə Göyçayda əxlaqsızlıqla məşğul olan məmurlar və onlara qadınlar düz-qoş edən 3 yerli məmur barəsində, həmçinin onların Qəbələ macəraları haqqında ətraflı söhbət açılacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]