Ölkə

Bakıda bəzi avtobusların hərəkət istiqaməti dəyişəcək

10-07-2016, 17:03

Bakıda bəzi avtobusların hərəkət istiqaməti dəyişəcək.

İyulun 10-dan 11-nə keçən gecə Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairə (Dakar meydanı) təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti üçün qısa müddətlik bağlanacaq.

Bakı Nəqliyyat Agentliyi ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova virtualaz.org-a bildirib ki, bununla bağlı 11-12-20-22-32-35-36-40-44-49-50-51-57-62-64-70-94-214 nömrəli marşrut sürücüləri hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə edəcəklər. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]