Xəbərlər / Ölkə

FHN “Sədərək”dəki yanğınla bağlı məlumat yaydı

11-06-2017, 09:45

Fövqəladə Hallar Nazirliyi “Sədərək” Ticarət Mərkəzində yanğınla əlaqədar məlumat yayıb.

Xeberman.com Ölkə.Az-a istinadən xəbər verir ki, məlumata əsasən, ticarət mərkəzində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 305 m2 olan mağazaların yanar konstruksiyaları ümumilikdə 295 m2 sahədə və 1 ədəd “Beko” markalı kondisioner yanıb. Yüksək temperaturdan yaxınlıqda yerləşən ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 63 m2 olan 2 mağazanın lambirdən ibarət tavanı və 1 ədəd “Samsung” markalı kondisionerin üzlüyü əriyib. Yanğın zamanı ölən və ya xəsarət alan olmayıb.

Yanğın saat 19:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb

Administratorla əlaqə

077 611-55-22

[email protected]