Gündəm

Ağsuda məsciddə yanğın olub

31-10-2016, 01:05

Ağsuda məsciddə yanğın olubBu gün günortaya yaxın Ağsu rayonu, Çiyni kəndində məscidin ərazisində ümumi sahəsi 504 m2 olan mərasim zalının lambirdən ibarət tavanı 23 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Xeberman.com-a verilən məlumata görə, mərasim zalının qalan hissəsi və məscid yanğından mühafizə olunub. Yanğın saat 12:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]