Kriminal

"AMAY" ticarət mərkəzində yanğın olub

31-01-2016, 01:06
Bu gün 18:00 radələrində Bakının Xətai rayonunda "AMAY” ticarət mərkəzində yanğın baş verib.
Xeberman.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın binanın dördüncü mərtəbəsində vətəndaşa məxsus ofisdə qeydə alınıb.

Nəticədə ümumi sahəsi 40 kv.m olan ofisin dəhlizində taxta üzlük 8 kv.m sahədə və üzlüyün altından keçən elektrik kabeli 15 p.m yanıb.

Qalan hissələr yanğından mühafizə olunub. Yanğın saat 18:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]