Kriminal

Bakıda altı otaqlı evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

21-02-2016, 18:46
Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan (hər mərtəbəsi 250 kv.m) ikimərtəbəli, 6 otaqlı evin 1-ci mərtəbəsinin dəhlizində quraşdırılmış rəf, dəhlizin tavanı 5 kv.m sahədə, 2-ci mərtəbəsində bir otağın döşəməsi 2 kv.m sahədə yanıb, yüksək temperaturdan 1-ci mərtəbədə yerləşən mətbəxin lambirdən ibarət tavanı 7 kv.m sahədə əriyib.
 
Musavat.com FHN-in saytına istinadın xəbər verir ki, yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.
 
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]