Xəbərlər

Konsulluq: Sankt-Peterburqda terror aktında azərbaycanlı qız ölüb – FOTO

4-04-2017, 10:54

“Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində bir azərbaycanlının öldüyü dəqiqləşib. Onun Azərbaycan vətəndaşı olub-olmadığı araşdırılır”.

Xeberman.com xəbər verir ki, bunu APA-nın Rusiya bürosuna Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımov bildirib.

Onun sözlərinə görə, həlak olan həmyerlimiz Dilbər Əliyeva dünən yaralı halda İ. Canelidze adına Elmi Tədqiqat İnstitutunun təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb: “Hazırda konsulluğumuzun əməkdaşları da ordadır”.

09:35

Sosial şəbəkələrdə Sankt-Peterburq metrosunda törədilən terror aktı nəticəsində daha bir ölən haqqında informasiya yayılıb. Gecə saatlarında xəstəxanada aldığı ağır travmalardan gənc azərbaycanlı qız Dilbarə Əliyeva dünyasını dəyişib.

Oxu.Az Life.ru-ya istinadən xəbər verir ki, 21 yaşlı Dilbarə Əliyeva ağır vəziyyətdə xəstəxanaya gətirilərkən səhvən Tamara Əliyeva kimi qeydiyyatdan keçirilib.

Məlumat yoxlanılır.

Qeyd edək Sankt-Peterburq metrosunda baş verən partlayışda 11 nəfər ölüb, 45 nəfər yaralı isə xəstəxanaya yerləşdirilib.

Terror aktı nəticəsində yaralananlardan daha bir nəfər azərbaycanlı da var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]