Xəbərlər / Gündəm

Rəsmi Bakıdan Rusiyadakı terror aktı ilə bağlı - Bəyanat

3-04-2017, 20:36

Biz, Sankt-Peterburq metrosunda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktlarını qəti şəkildə pisləyirik.
Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün Sankt-Peterburq metrosunda törədilmiş terror aktı ilə bağlı bəyanatında deyilir.

Bildirilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyir: "Bu terror aktları nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, dost və qonşu Rusiya xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik”.
// Axar.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]