Gündəm

Məmur öz cinayətini ört-basdır etmək üçün oğlunu şərlədib...

30-05-2017, 22:39
1 həftə əvvəl Göyçay Sanitar Təmizlik Idarəsində Baş Nəzarətçi vəzifəsindən istefa verən Əliyev Əhliman Loğman oğlu həm müdiri, həm də atası olan Loğman Əliyev haqqında aidiyyatı orqanlara və mətbuata verilməsi üçün mənə şikayət məktubu göndərib.
Şikayətdə deyilir: "Göycay Sanitar Təmizlik Idarəsi talan olunur və dövlət orqanları isə baş verən qanunsuzluqlara göz yumur. Əvvəllər dəfələrlə dövlət əmlakını mənimsədiyinə, jurnalistin peşə fəaliyyətinə müdaxilə etdiyinə, vəzifə səlahiyyətlərini aşmaqla günahsız yaşlı qadin, kişi və digər insanları söydüyüne, şərlədiyinə, döydüyünə görə dəfələrlə məhkum olumuş, lakin islah olunmamış Göyçay STI-nin rəisi olan Loğman Eliyev 3 qadınla yüngül həyat tərzi yaşayaraq dövlət əmlakını talamaqda və hər ay dövlət büdcəsinə ziyan vurmaqda davam edir. Məşğulluq xətti ilə ayrılmış pullar hesabına idarədə adı gedən 51 nəfər işçinin hər ay aldığı 121 manat və idarənin daimi işçisi kimi göstərilən yaxın qohum və həmkəndliləri olan 25 nəfərin maaş kartları və hər ay əhalidən yığılan 9400 manat pul qanunsuz olaraq mənimsənilir. Idarənin xəzinədarı Hacıqulu Qədirov staj məqsədilə adı işdə gedən 25 nəfərin əvəzinə hər ay əmək haqqı cədvəlinə imza atır. Kommunal ödənişlər üçün bir adam başına 30 qəpik nəzərdə tutulsa da, Loğman Əliyev hər evdən məcburi qaydada 3 manat pul yığdırır. Gündəlik 5 nəfər nəzarətçi ərazidə işləyir, hər biri günə idarəyə 60 manat plan verir. Bu da o deməkdir ki, toplanan pullar bank hesabına, xəzinəyə deyil, hər gün Loğman Əliyevlə yüngül həyat keçiren idarəni oyuncağa çevirən, onu övladlarıyla düşmən salan Gülnarə adlı bir qadınınn çantasına girir. Bundan əlavə Loğman Əliyev idarəyə məxsus 3 ədəd buraxılış ili 2008-ci il olan "Kamaz" markali və 2012-ci il olan "JAK" ve 1996-ci il olan "Daywoo" markalı maşınları ehtiyyat hissələrə ayıraraq satmışdır. Amma avtomobillərin sökülərək satılmasına baxmayaraq həmin avtomobilləri sənəd üzərində yararlı kimi göstərərək, həmin avtomobillərə görə hər ay yanacaq və ehtiyyat hissələri üçün pul yazaraq sərfiyyatı aylıq hesabatlarda göstərmişdir. L. Əliyev təkcə 3 avtimobilə görə dövlətə ümumlikdə 350 min manat ziyan vurmuşdur. Həmçinin yanacaq və ehtiyyat hissələrinə göre 18 ay ərzində külli miqdarda pul vəsaiti mənimsəmişdir. Onun qanunsuz hərəkətlərinə göz yuma bilmədiyimdən baş verənlərə etirazımı bildirmişəm. O isə vəzifəyə görə məni doğma övladını hem kəndlisi idarenin xəzinədarı olan Qədirov Hacıqulunu və öz qardaşı olan Şakəm Əliyevi pul müqabilində öyrədərək üzümə yalançı şahid qoymaqla məni şərlədib tutdurmağa çalışır. Bu özbaşınalığa görə bütün aidiyyatı orqanlara rəsmi muraciət etsəm də, bu günə qədər həç bir müsbət addım atılmayıb. Odur ki, bu cür qanunsuzluqlar edən Loğman Əliyevin çirkin əməllərindən uzaglaşdırılması və sözügedən idarənin yoxlanılaraq göstərilən bütün faktların üzə cixarılmasını bir daha aidiyyatı orqanlardan xahiş edirəm".

Administratorla əlaqə

077 611-55-22

[email protected]