Xəbərlər

Paytaxtın bəzi yerlərində su olmayacaq

30-05-2017, 11:04

Ceyranbatan-Maştağa sağ magistral su xəttinin Saray qəsəbəsi ərazisindən keçən hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar Bakının bir neçə hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Xeberman.com-a “Azərsu”nun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Bu gün 24 saat müddətinə Saray, Novxanı, Goradil, Fatmayı, Mehdiabad, Digah, Maştağa, Pirşağı, Kürdəxanı, Bilgəh, Nardaran, Ramana, Bakıxanov və Sabunçu qəsəbələrinin, həmçinin bağ massivlərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə məlumatda qeyd olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]