Ölkə

Bakının mərkəzi susuz qalacaq - XƏBƏRDARLIQ

10-03-2017, 10:31
Bakının mərkəzi susuz qalacaq - XƏBƏRDARLIQ
Bu barədə Xeberman.com-a “Azərsu” ASC-dən bildirilib.

“Baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 10 mart 2017-ci il tarixdə gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Nizami, İ.Səfərli, R.Rza, Mərdanov qardaşları, Y.Məmmədəliyev, T.Əliyarbəyov, H.Z.Tağıyev küçələrində bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə qurumdan qeyd edilib.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]