Əsas Səhifə / Ölkə

İki rayonunda su fasilələrlə veriləcək

5-09-2016, 18:48

İki rayonunda su fasilələrlə veriləcək"Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberman.com -a verilən məlumata görə, Bilgəh–Novxanı–Sumqayıt avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Ceyranbatan–Maştağa magistral su xəttinin yeni çəkilmiş yola düşən hissəsinin yeri dəyişdirilir.

Bununla əlaqədar sentyabrın 6-da gün ərzində Abşeron rayonunun Saray, Novxanı, Mehdiabad, Digah, Fatmayı, Goradil qəsəbələrindəki bağ massivlərinə, həmçinin Bakının Sabunçu rayonunun Ramana və Bülbülə qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr yaranacaq.

Müvəqqəti narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]