Ölkə

Sabah bu rayonda su olmayacaq

17-08-2016, 21:13
Sabah bu rayonda su olmayacaq

Sabah Bakının Yasamal rayonunda içməli su olmayacaq.

"Azərsu” ASC-dən  Xeberman.com-a verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu ərazisində yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 18-i gün ərzində İzmir və C.Məmmədquluzadə küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]