Əsas Səhifə / Dünya

Rusiya: “23 raketin yerini bilirik, bəs 36-sı?..”

8-04-2017, 11:04
Rusiya: “23 raketin yerini bilirik, bəs 36-sı?..”ABŞ-ın Şayrat aviabazasına atdığı raketdən yalnız 23-ü hədəfinə çata bilib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov söyləyib.

“Aviabazaya 59 raket atılıb. Onlardan 23-ü aviabaza ərazisinə düşüb. 36 raketin haraya uçduğu bilinmir. Biz Suriyanın hava hücumundan müdafiə sistemini gücləndirməyə yardım edəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ bu gün Suriyanın Şayrat bazasını raket zərbələrinə məruz qoyub. Nəticədə baza darmadağın olub. Rusiya mətbuatı bazadakı bütün təyyarələrin, yanacaq çənlərinin raket zərbələri nəticəsində yox olduğunu bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]