Dünya

Rusiya İŞİD-i İrandan vurdu

18-08-2016, 21:21
Rusiya ikinci dəfə İranın Həmədan bazasından Suriyadakı terrorçu qrupları hədəfə alıb.
 
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
 
Uzun mənzilli Tu-22M3 və qısa mənzilli Su-34 təyyarələri Suriyanın Deyr-əz-Zor şəhərində İŞİD mövqelərinə hava zərbəsi endirib.
 
Açıqlamada təşkilata məxsus beş silah anbarı, altı qərargah və xeyli zirehli avtomobilin məhv edildiyi bildirilib.
 
Əməliyyat nəticəsində onlarla terrorçu zərərsizləşdirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]